Rusiyanın Azərbaycana satdığı silah və texnikanın siyahısı açıqlandı
19 iyun 2013 17:00 (UTC +04:00)

Rusiyanın Azərbaycana satdığı silah və texnikanın siyahısı açıqlandı

Rusiya 2012-ci ildə Azərbaycana helikopterlər, artilleriya və hava hücumundan müdafiə sistemləri satıb.


 

APA-nın məlumatına görə, bu barədə Rusiyanın BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi 2012-ci il ixracat hesabatında qeyd olunub.

 

Hesabatda bildirilir ki, 2012-ci ildə Rusiya Azərbaycana 8 ədəd zərbə helikopteri və 18 ədəd iri çaplı artilleriya sistemi çatdırıb. Bundan başqa, Azərbaycana 1200 ədəd daşınan zenit-raket kompleksinin (200 buraxıcı qurğu və 1000 raket) satışı gerçəkləşdirilib.

 

Rusiya 2011-ci ildə Azərbaycana 4 ədəd zərbə helikopter satdığı barədə BMT-yə məlumat verib.

# 960
avatar

Oxşar yazılar