Nəfəs neçə yaşında  ərə gedib?   - Sevgilisi haqqında maraqlı məlumat
30 aprel 2024 16:36 (UTC +04:00)

Nəfəs neçə yaşında ərə gedib? - Sevgilisi haqqında maraqlı məlumat

Bu gün Azərbaycanın ən populyar müğənnilərinin siyahısını tutsaq,  Nəfəsin adı ön sıralarda gələcək. Az zaman içərisində böyük populyarlıq və tamaşaçı kütləsi qazanmış Nəfəs əslində kimdir?

Lent.az “Bioqrafiya” rubrikasında müğənni Nəfəs barədə məlumat verir.


- Nəfəsin əsl adı nədir?

Əsl adı Günel Məmmədlidir.

- Nəfəs haralıdır və neçə yaşı var?

Əslən Tərtər rayonundan olan müğənni  1993-cü ildə Bakıda dünyaya göz açıb.

- Nə üçün Nəfəs təxəllüsünü seçib?

Müğənni sənətə gələndən sonra adını Nəfəs olaraq dəyişdirib. Bu barədə danışarkən daha tez tanınmaq üçün belə bir ad seçdiyini bildirib, “Heç kimin ağlına gəlməyən ideya mənim ağlıma gəldi. Bu adla uğur qazandım” deyib.

- Nəfəs  ailə qurub?

15 yaşında ailə həyatı quran ifaçının həyat yoldaşı özündən 6 yaş böyük olub. Atasının istəyi ilə baş tutan bu evlilik qısa müddətdən sonra bitib. Müğənni ayrılıq səbəbi haqqında heç yerdə açıqlama verməyib.

- Nəfəsin övladı var?

Onun Murad və Nuran adında iki yeniyetmə oğlu var.

- Nəfəsin bacı-qardaşı, ata-anası varmı?

İki bacısı və bir qardaşı olan ifaçının atasına övladlarından ancaq onun toyunu görmək nəsib olub və Nəfəsin evliliyindən qısa müddət sonra, o, dünyasını dəyişib. Nəfəsin övladlarının tərbiyəsi ilə anası məşğul olur. Nəfəsin bacısı Fatimə də müğənniliyə başlayıb.

- Nəfəs əvvəllər nə işlə məşğul olub?

Nəfəs 11 yaşından 16 yaşına kimi kafelərdə müğənni və mağazada satıcı  kimi fəaliyyət göstərib.

- Nəfəs efirə ilk dəfə kiminlə duet ortağı kimi çıxıb və populyarlaşıb?

 Nəfəs 2018-ci ildən populyarlaşmağa başlayıb. Aqşin Fateh ilə duet oxuduğu “Yarem” mahnısından sonra daha da məşhurlaşıb. Bir müddət sonra isə aralarında münaqişə yarandığı üçün onların duet ortaqlığı pozulub. 

- Nəfəslə Aqşin Fateh arasında niyə qalmaqal yaranıb?

İfaçı Aqşinin ondan xəbərsiz Vəfa Şərifova ilə duet oxumasından inciyib. “Mənlə iş birliyi ola-ola Vəfa Şərifova ilə duet hazırlamışdı. Mənə dedi ki, onunla oxuyum sonra, bəlkə, səninlə də oxuyaram. Bunu heç cür qəbul edə bilməzdim. Çünki biz iş birliyinə başlayanda mənə şərt qoymuşdu ki, heç kimlə oxumayacaqsan. Hər hansı müğənni təklif etsə, rədd edəcəksən. Hətta telefon nömrələrini belə dəyişəcəksən ki, sənə çata bilməsinlər. Mən də duet ortağı olduğumuz üçün hər şeyə razı olmuşdum. Amma onun belə hörmətsizlik etməsi xətrimə dəydi”,- deyə o bildirib.

- Nəfəslə Aqişn Fateh barışıb?

 Keçmiş duet ortaqları hələ də küsülüdür.

 - Nəfəs toylara neçəyə gedir?

 Nəfəs həm bütöv toy məclisi idarə edir, həm də yarım saatlıq qonaq kimi dəvətlərə qatılır. Bütöv toy üçün 8 min manat, yarım saat üçün 3000 manat qonorar tələb edir.

- Nəfəs kiminlə duet oxuyub?

 Nəfəs yaxın rəfiqələri Zeynəb Həsənli və Vəfa Şərifova ilə duet ifa edib.

- Nəfəsin hansı mahnıları populyardır?

Nəfəsin “Tükənmişəm”, “Ürəyim”, “Gizli eşq” , “Bir zəngə gələr” mahnıları çox sevilir.

- Nəfəsin sevgilisi var?

Nəfəs hazırda xaricdə yaşayan bir bəylə sevgili olduğunu bildirib. O ailə qurmayacağını bildirib.

- Nəfəs nə üçün intihara cəhd edib?

Yaxşılıq etdiyi adamların nankorluğundan sonra Nəfəs bir neçə dəfə intihara cəhd edib.

- Kişilərin  diqqəti Nəfəsi narahat edilir?

 Nəfəs bu suala belə cavab verib: Təbii ki, narahat etmir. Hansı qadın kişilərin diqqət mərkəzində olmağını istəməz ki?

- Nəfəs nəyə peşmandır?

Keçmiş səhvlərinə görə peşmançılıqları çoxdur. Səhvlərinin çox olduğunu düşünür.

Nəfəsin ən böyük dəstəyi kim olub?

Bütün çətinliklərə tək sinə gərib.

- Nəfəs estetik əməliyyat etdirib?

Burnunda, dişlərində, dodaqlarında, qaşlarında estetik prosedurlar etdirib, uzun saçları qaynaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24888
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar