Məhəmməd Salah "Liverpul"dakı  gələcəyi ilə bağlı   qərar verdi
30 aprel 2024 16:25 (UTC +04:00)

Məhəmməd Salah "Liverpul"dakı gələcəyi ilə bağlı qərar verdi

"Liverpul"un hücumçusu Məhəmməd Salah komandadakı gələcəyi ilə bağlı qərar verib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, jurnalist Devid Ornşteynin sosial şəbəkələrdə verdiyi məlumata görə, misirli yay transfer pəncərəsində İngiltərə klubunu tərk etmək niyyətində deyil. "Liverpul" Salahın ən azı bir mövsüm daha komandada qalacağını gözləyir. Xatırladaq ki, hücumçunun klub ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildə İtaliyanın “Roma” klubundan “Liverpul”a keçib. Bu mövsüm Məhəmməd Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 41 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib.

"Transfermarkt" internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3657
avatar

Oxşar yazılar