Evə çağırdıqları seks işçisi ilə dalaşdılar, qardaşını öldürdü
30 aprel 2024 13:50 (UTC +04:00)

Evə çağırdıqları seks işçisi ilə dalaşdılar, qardaşını öldürdü

Türkiyədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Esenyurt adlanan ərazisində baş verib. Uğur Ş. və qardaşı Engin Ş. onlayn yolla evlərinə seks işçisi çağırıblar. Böyük qardaşla pul üstündə mübahisə yaranandan sonra fahişə aşağıda onu gözləyən taksi sürücüsünü köməyə çağırıb. Daha sonra isə onlayn seks xidməti şəbəkəsinin digər işçilərinə də xəbər verilib.

Seks işçisinin hadisə yerinə gələn tanışları ilə qardaşlar arasında dava yaranıb. Nəticədə Uğur Ş. səhvən öz qardaşına xəsarət yetirərək, onun şah damarını kəsərək öldürüb.

Hadisə yerinə gələn polislər davada iştirak edənləri saxlayıb. Faktla bağlı müvafiq maddələrlə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8100
avatar

Oxşar yazılar