Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB
30 aprel 2024 17:55 (UTC +04:00)

Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Lent.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmənin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli ötən gün saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

***

saat 12:12

Anar Məmmədlinin nədə ittiham olunduğu məlum olub. 

Lent.az-ın məlumatına görə, hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Anar Məmmədli qaçaqmalçılıqda ittiham olunur. 

***

saat 10:03

Ötən gün polis tərəfindən saxlanılan Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli bu gün məhkəmə qarşısına çıxarılacaq. 

Bu barədə Lent.az-a Anar Məmmədlinin vəkili Elçin Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, A.Məmmədli Xətai rayon Polis İdarəsinə saxlanılır:

"Hələ müvəkkilimlə görüşməyə icazə verilməyib. Məndə olan məlumata görə, Anar Məmmədli Xətai rayon Polis İdarəsində saxlanılır. Bu gün məhkəməyə çıxarılma ehtimalı var".

Xatırladaq ki, Anar Məmmədli ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb. Polislər onun evində axtarış aparıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9264
avatar

Fidan İlqar

Oxşar yazılar