“Məni o rola Heydər Əliyev seçmişdi” - Həmidə Ömərova
30 aprel 2024 19:06 (UTC +04:00)

“Məni o rola Heydər Əliyev seçmişdi” - Həmidə Ömərova

Xalq artisti Həmidə Ömərova 1982-ci ildə lentə alınan “Nizami” filmində Afaq roluna dəvət almasının maraqlı tarixçəsindən söz açıb. 

Lent.az-ın xəbərinə görə, bu barədə teleproqramlardan birində danışıb.

Aktrisa qeyd edib ki, həmin rola onu Heydər Əliyevin tövsiyəsi ilə çəkiblər. 

“Bu filmə məndən öncə çeçen-inquş əsilli Tamara Yandiyeva təsdiqlənmişdi. O, “Babək” filmində  Pərvini də canlandırmışdı. Ulu öndərimiz tarixi filmlərə böyük maraq göstərirdi. “Nizami” filminin 20 dəqiqəlik fraqmentinə baxıb. Baş rol oyunçusunun xarici millətəndən olduğunu biləndə deyib ki, “Azərbaycanda aktrisa yoxdur?”

Həmin gün təsadüfən kinostudiyanın dəhlizində dublyajdan çıxmışdım. Filmin ikinci rejissoru Akif Rüstəmli məni görən kimi, apardı foto studiyaya. Mənim və bir neçə aktrisanın şəkillərini çəkib Heydər Əliyevə  göstəriblər, o azərbaycanlı olduğumu öyrənəndən sonra məni tövsiyə edib”, - Xalq artisti bildirib.

Həmidə Ömərova qeyd edib ki, filmə təsdiq olunduqdan sonra onun üçün xüsusi geyimlər hazırlanıb.

"Filmin artıq müəyyən hissəsi çəkilmişdi. Paltarlar da məhz Tamara Yandiyeva üçün tikilmişd. O isə çox arıq və uzun idi, paltarların heç biri əynimə olmadı. Məcbur oldular yenidən mənim üçün geyimlər tikdilər”,- o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7752
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar