Bakıda və Abşeron yarımadasında havada toz var
02 aprel 2024 09:20 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında havada toz var

Havada toz  müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün gecə saatlarından  başlayaraq Bakıda və Abşeron  yarımadasında  tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

“Peyk görüntülərinə əsasən  tozlu hava şəraitinə səbəb  cənub-şərq istiqamətli küləklər  vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır.

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi  gözlənilir”.

# 1671
avatar

Oxşar yazılar