Xərçəngə yoluxan qadını internetdəki üsullarla müalicə  AZ QALA ÖLDÜRƏCƏKDİ
30 aprel 2024 14:23 (UTC +04:00)

Xərçəngə yoluxan qadını internetdəki üsullarla müalicə AZ QALA ÖLDÜRƏCƏKDİ

2021-ci ildə britaniyalı qadın 39 yaşlı qadına xərçəng diaqnozu qoyulub və həkimlər ona kimyaterapiya keçməyi tövsiyə ediblər. Lakin o, internetdə alternativ müalicə üsulları axtarmağa qərar verib.

Lent.az xəbər verir ki, onun hekayəsini "Sky News" dərc edib.

Axtarış zamanı o, həyat tərzi və pəhrizin dəyişdirilməsinin orqanizmin “özünü sağaltmasına” kömək edə biləcəyini iddia edən yüz minlərlə auditoriyaya malik məşhur bloqqerin sosial media profilinə rast gəlib. Şirəçəkənlərə 2000 funt sterlinq xərclədikdən sonra qadın gündə üç saata qədər şirə hazırlamaq üçün vaxt sərf edib və onun fikrincə, bu şirələr xəstəliyə kömək edir. O, müxtəlif pəhrizlərə əl atıb və bloqqerin bütün tövsiyələrinə əməl edib.

Gün keçdikcə, vəziyyəti kəskin pisləşib, yuxusuzluq və hallüsinasiyalar görməyə başlayıb. Daha sonra, qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb və onun həyatının ciddi təhlükə altında olduğu bildirilib. Həkimlər xəbərdarlıq ediblər ki, klassik xərçəng müalicəsi olmadan o, sağ qala bilməyəcək. 10 gün xəstəxanada qaldıqdan sonra kimyaterapiya kursu təyin olunub.

İndi qadın özünü daha yaxşı hiss edir və başqalarını, hətta alternativ üsullara inam olsa belə, rəsmi müalicəni dayandırmamağa təşviq edir.

"Möcüzəvi üsullara inanmaq yaxşıdır, lakin siz həmişə elmi məlumatlara etibar etməli və həkimlərin tövsiyələrinə əməl etməlisiniz".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

Fidan İlqar

Oxşar yazılar