Dünyanı və Azərbaycanı kəşf et:  TikTok yaradıcılarının obyektivləri ilə səyahət
30 aprel 2024 17:18 (UTC +04:00)

Dünyanı və Azərbaycanı kəşf et: TikTok yaradıcılarının obyektivləri ilə səyahət

İnternet əsrində TikTok kimi platformalar sadəcə əyləncə mənbələrindən daha çox imkanlar təklif edirlər - onlar uzaq ölkələrə və mədəniyyətlərə baxış imkanı verən dünyaya portaldırlar.

Bu tendensiyanın başında təhsil məzmununun yaradılmasını təşviq etmək məqsədi daşıyan TikTok və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq olan #TikTokdanÖyrən təşəbbüsü dayanır. Bu təşəbbüs vasitəsilə yaradıcılar səyahət, elm, yemək bişirmək, dil öyrənmək və s. biliklərini bölüşürlər.

Azərbaycanlı səyahət yaradıcıları öz vətənlərini və onun hüdudlarından kənardakı gözəllikləri nümayiş etdirmək üçün TikTok-un gücündən istifadə edir, izləyiciləri heyrətamiz mənzərələr, valehedici faktlar və unudulmaz təcrübələrlə dolu virtual səyahətə dəvət edirlər. Gəlin onların TikTok hesablarına birlikdə nəzər salaq.

@travelwithteymur: Teymur izləyicilərini Azərbaycan mənzərələri ilə vizual odisseyə aparır. Bakının səs-küylü küçələrindən tutmuş dağlarda gizlənən sakit kəndlərə qədər Teymur ölkənin zəngin mədəniyyətini və təbii gözəlliklərini nümayiş etdirir. Lakin onun səyahətləri bununla bitmir – Teymur həm də Azərbaycanın hüdudlarından kənara çıxır, başqa ölkələrdəki sərgüzəştlərinə diqqət çəkir, izləyicilərə coğrafi sərhədləri aşan qlobal perspektiv təqdim edir.

@piri_mustafa: Piri mükəmməl bələdçidir. Sadəcə mənzərəli yerləri nümayiş etdirməklə kifayətlənməyən Piri hər bir təyinat haqqında maraqlı faktlar və hekayələr paylaşaraq məzmununa dərinlik qatır. İstər dünyanın ən hündür daş binası, istər Amerikanın ən qədim küçəsi, istərsə də üzən ada olsun, Pirinin hesabı maarifləndirici və ilham verən maraqlı xəbərlərin xəzinəsidir.

@vahidhasti:  Səyahət etmək çox vaxt paylaşılanda daha zövqlü olur və Vahid və Hasti məhz bunu edirlər. 

Onlar birlikdə Azərbaycanda və onun hüdudlarından kənarda epik sərgüzəştlərə başlayırlar, hər bir istiqamətin mahiyyətini öz tükənməz həvəsləri ilə təqdim edirlər. Avstriyanın qarlı zirvələrindən tutmuş Qazaxıstanın geniş çöllərinə qədər Vahid və Hastinin hekayəsi planetimizin gözəlliyinə və müxtəlifliyinə sübutdur.

@sefiaabdulla: Azərbaycanın şəhərlərinin ürəyinə qədəm qoyan Abdulla ölkənin ruhuna nəzər salır. Onun obyektivindən izləyicilər Azərbaycanı müəyyən edən canlı mədəniyyət, unikal ənənələr və isti qonaqpərvərliklə tanış olurlar. Bakının səs-küylü bazarlarından tutmuş Xəzər dənizinin sakit sahillərinə qədər Abdullanın hesabında Azərbaycan mədəniyyətinin zənginliyi və rəngarəngliyi qeyd olunur.

Bu TikTok yaradıcıları öz valehedici videoları vasitəsilə təkcə Azərbaycanın və dünyanın gözəlliklərini nümayiş etdirmir, həm də müxtəlif mədəniyyətləri daha dərindən dərk etməyə və qiymətləndirməyə kömək edirlər. Onların lentlərini vərəqlədikcə, bizi həm evdə, həm də xaricdə gözləyən sonsuz möcüzələri xatırlayırıq. Beləliklə, istər uzaq ölkələri gəzmək, istərsə də öz vətəninizin gözəlliyini yenidən xatırlamzq arzusunda olmağınızdan asılı olmayaraq, bu yaradıcılara kəşf və möcüzə səyahətində bələdçiniz olsun.

# 2274
avatar

Oxşar yazılar