Gürcüstanda keçirilən aksiyada növbəti qarşıdurma baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, parlament binasının arxa girişini tutan aksiyaçılar polis kordonunu yarmağa çalışıblar.
Polis bir neçə dəfə gözyaşardıcı qazdan istifadə edib, etirazçılardan bəzilərini saxlayıb.
Ərazidə vəziyyət gərgin olaraq qalır. Bir qrup aksiyaçı parlament binasından hökumət administrasiyasına yürüş edərək İnqoroqva küçəsini bağlayıb.
Ölkənin Daxili İşlər Nazirliyi etirazçılara müraciət edərək qanunla müəyyən edilmiş sərhədləri aşmamağa, polisin qanuni tələblərinə riayət etməyə çağırıb.
Qeyd edək ki, Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları parlament binasının qarşısında hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyasını bərpa ediblər.