Qazaxda bir nəfər su kanalına yıxılaraq boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 24-də rayonun Qarapapaq kənd sakini Qabil Ocaqverdiyev su kanalına yıxılaraq boğulub. Onun meyiti sudan çıxarılıb.