
Evlərdən külli miqdarda oğurluq edənlər yaxalandı
Sentyabrın 24-də Azərbaycanda 4 oğurluq faktının üstü açılıb.
Daxili İşlər Nazirliyinin Lent.az-a verdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki evlərin birindən 200 manat və 17.500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov saxlanılıb.
Xətai rayon Polis İdarəsinin əməkdaşları sentyabrın 7-də rayon ərazisində “Toyota” markalı avtomobildən 570 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş S.Kazımov saxlayıb.
Oğurluq etdiyinə görə tutulan R.Dadaşzadənin ətrafında Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazadan 60 manat və tütün məmulatı oğurlaması, habelə 6 mağazadan oğurluq etməsi də müəyyən edilib.
Astara rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 17-də rayon ərazisindəki evlərin birindən 3 ədəd mobil telefon və 1 ədəd kompüter oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş R.Əzizov saxlayıb.
Oxşar yazılar

Qazaxda AĞIR QƏZA: 4 nəfər yaralandı
14 iyul 2025 , 08:16
“Taxta bazarı”nda YANĞIN - VİDEO
14 iyul 2025 , 05:24
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14