Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 iyun
25 iyun 2014 20:07 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 iyun

0
GÜNÜN ŞƏRHİ
 
İki ay əvvəlki xəbərlərlə bugünkü xəbərləri müqayisə etdikdə gəlinən nəticə budur - Kremlin Ukrayna siyasəti gözlənilən effekti vermir. Rusiyanın Ukrayna ərazisinə qoşun yeritmək barədə qərarı ləğv etməsi də bundan qaynaqlanır. Moskva ilk əvvəl özünü açıq şəkildə münaqişənin tərəfi kimi göstərsə də, bu siyasət ölkəni ciddi iqtisadi, maliyyə və siyasi problemlərlə üz-üzə qoydu. Problemləri həll etmək istəyən siyasi rəhbərlik ilk məcburi addımı atır – özünü münaqişənin tərəfi kimi göstərmək siyasətindən əl çəkir. Bu siyasət Moskvaya hələ bir müddət manevr etmək imkanı yaradacaq. “Bizlik bir iş yoxdur, problem Ukraynanın de-fakto hakimiyyəti ilə bu hakimiyyətin siyasətini qəbul etməyən şərq bölgələri arasındadır” demək Kreml üçün daha asandır. Öldüyü deyilən Yanukoviçin qəfildən dirilməsi də bu siyasətə hesablanıb, debütü bitirən Moskva artıq mittelşpilə başlayıb. Şahmatda əsas ağırlıq debütdə mərkəzə çıxarılmış fiqurların və piyadaların üzərinə düşür. Moskvanın yeni siyasətinin uğurlu olub-olmaması debütün sonlarında yenidən mərkəz xanalara çıxardığı Yanukoviçin və onu müdafiə edən piyadaların, yəni üzdəniraq “xalq respublikalarının” bacarığından asılı olacaq.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar