Moskvada azərbaycanlı güllələnib
09 oktyabr 2014 15:12 (UTC +04:00)

Moskvada azərbaycanlı güllələnib

0

Moskvanın şimal-qərbində Azərbaycan vətəndaşını güllələyiblər. APA TV-nin məlumatına görə, həmin şəxs ağır vəziyyətdə paytaxt xəstəxanasına çatdırılıb. Həkimlər zərərçəkmişin bədənində 18 güllə yarası aşkar ediblər. O, dərhal əməliyyat olunub. Hazırda vəziyyəti ağırdır.

 

İlkin məlumata görə, hadisə Yan Raynis bulvarında gecə saat 3 radələrində baş verib. Naməlum şəxslər azərbaycanlıya travmatik silahdan atəş açıblar. Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2508

Oxşar yazılar