
Maşınında tapança gəzdirən Ağcabədi sakini tutuldu
Ağcabədi sakinindən silah-sursat aşkarlanıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Füzuli rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də saat 21 radələrində Bala Bəhmənli kəndi ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş M.Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil saxlanılıb.
Baxış zamanı avtomobildən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
1 sentyabr 2025 , 13:00
Bakıda ŞOK CİNAYƏT: azyaşlıları zorla dilənçiliyə cəlb edən tutuldu
1 sentyabr 2025 , 11:39
Qəbələdə 50 yaşlı qadın sirkə turşusu içib öldü
1 sentyabr 2025 , 11:00
Biləsuvarda MÜƏMMALI ÖLÜM: gənc oğlanın meyiti təndirxanada tapıldı
1 sentyabr 2025 , 10:57
Yetim uşağa işgəncələr verilib - ŞOK VİDEO
1 sentyabr 2025 , 10:13
Bakıda FACİƏ: 35 yaşlı oğlan 7-ci mərtəbədən düşüb öldü
1 sentyabr 2025 , 10:00