
Keçmiş məhkumdan 1 kilodan çox heroin çıxdı
Bakıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
Daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Taleh Kərimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq T.Kərimovun Balxanı qəsəbəsində yerləşən ona məxsus yarımtikiliyə baxış zamanı əlavə olaraq 1 kiloqram 605 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitə olan heroini şəxsi istifadəsi ilə yanaşı satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar yazılar
Tovuzda maşın piyadanı vurub, öldürdü
22 avqust 2025 , 09:37
“Blok3” haqda istintaq başladıldı
22 avqust 2025 , 09:22
Tovuzda piyadanı avtomobil vurub öldürdü
21 avqust 2025 , 23:12
Ağcabədidə maye qazdoldurma məntəqəsi yandı, üç nəfər xəsarət aldı - VİDEO
21 avqust 2025 , 22:55
Astarada ağır qəza - 30 yaşlı motosiklet sürücüsü öldü
21 avqust 2025 , 21:57
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçdi - VİDEO
21 avqust 2025 , 21:21
Ermənistan ordusunun Xocalıya, Laçına, Kəlbəcərə, Qubadlıya hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
21 avqust 2025 , 20:40