İki avtomobil və bir ev yanıb
01 iyun 2013 02:23 (UTC +04:00)

İki avtomobil və bir ev yanıb

Ötən gün axşam saatlarında üç yanğın hadisəsi baş verib. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Cəlilabad şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Bundan əlavə, Sumqayıt şəhərində, vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin oturacaqları və salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Daha bir yanğın hadisəsi paytaxtda baş verib. Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan üçotaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu və 1,5 kv.m sahədə ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub. Bütün hallarda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

# 472
avatar

Oxşar yazılar