30 dərəcə istidən sonra  şaxtalı hava
23 aprel 2024 14:11 (UTC +04:00)

30 dərəcə istidən sonra şaxtalı hava

Çexiyada aprelin sonu üçün rekord şaxtalar qeydə alınıb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Çexiya Hidrometeorologiya İdarəsi məlumat yayıb.

Respublikanın şimal-qərbində yerləşən Sokolov şəhəri ərazisində mənfi 11,7 dərəcə şaxta qeydə alınıb. Meteostansiyalar həmçinin Çexiyanın digər bölgələrində də rekord aşağı hava temperaturu qeydə alıblar. Ölkənin dağlıq ərazilərinə qar yağıb, qalınlığı bəzi yerlərdə 30 santimetrdən çox olub.

Respublika ərazisində soyuq hava şəraiti yaxın günlərdə də davam edəcək. Şaxtalar meyvə ağaclarına, üzüm bağlarına və əkilmiş tərəvəz bitkilərinə xeyli ziyan vura bilər ki, bu da mütəxəssislərin fikrincə, bu il məhsulun azalması təhlükəsi yaradır.

Bu arada, Çexiya Şərabçılar İttifaqının rəhbərliyi təkcə bu sənayedə dəymiş ziyanın yüz milyonlarla kron (milyonlarla dollar) təşkil edəcəyini proqnozlaşdırır. Şaxta, ilkin məlumatlara görə, gələcək üzüm məhsulunun təxminən 40 faizni məhv edib.

Meteoroloqlar qeyd edirlər ki, aprelin ortalarında Mərkəzi Avropa iqlimi üçün xarakterik olmayan bir neçə gün əvvəl Çexiyada olan tropik istiləri kəskin soyuma əvəz edib. Respublikada termometrin civə sütunu 31,5 dərəcəyə qalxıb. Mütəxəssislər qeyri-adi hava dəyişkənliyini qlobal iqlim dəyişikliyi prosesi ilə əlaqələndirirlər.

# 42312
avatar

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14