“Xiaomi”dən rekord gücü və batareyası olan  sərfəli smartfon 
02 iyul 2025 13:04 (UTC +04:00)

“Xiaomi”dən rekord gücü və batareyası olan sərfəli smartfon 

Yay təqdimatında Xiaomi Redmi brendindən gözlənilən yeni məhsulu – flaqman smartfon K80 Extreme Edition (həmçinin K80 Ultra kimi tanınır) nümayiş etdirib. Şirkət bildirir ki, bu, brendin tarixində ən qabaqcıl flaqmandır.

Lent.az xarici mediaya istinadla bildirir ki, başlıq altında “Snapdragon 8 Elite”dən daha sürətli olan MediaTek Dimensity 9400+ çipi var. “Antutu”da cihaz rekord 3,24 milyon bal toplayır. Yeni məhsulun nə qədər güclü olduğunu başa düşmək üçün K80 Ultra hazırkı AnTuTu liderini 300 mindən çox xal qabaqlayır.

Bu model həm də Xiaomi smartfonlarında indiyə qədər quraşdırılmış ən böyük tutumlu akkumulyatora sahib olub – 7410 mAh. Rəsmi məlumatlara görə, K80 Ultra doldurulmadan 2,26 gün işləyir. Simli şarjın maksimum gücü 100 Vt təşkil edir, cihazı tam doldurmaq üçün cəmi 30 dəqiqə vaxt lazımdır.

Ekran 6,83 düym, OLED, təsvir ölçüsü 1,5K (2772x1280 piksel). Təzələmə tezliyi 144 Hz-dir. 2560 Herts tezliyində shim dimming var. Ekran qoruması Dragon Crystal Glass temperli şüşə ilə təmin edilir.

Əsas kamera 50 MP (1/1.55", f/1.88), bu, optik təsvir sabitləşdirmə (OIS) ilə Light Hunter 800-dür. 8 MP təsvir ölçülü geniş bucaq da var. Smartfon 4K və 1080p-də video çəkilişi dəstəkləyir. Ön kamera 20 meqapikseldir.

Flaqmanın digər xüsusiyyətlərinə "ən qabaqcıl vibrasiya mühərriki", stereo dinamiklər, metal yan çərçivə, səsdən sürətli ekran altı barmaq izi skaneri və IP68/IP69 mühafizəsi daxildir.

Smartfon artıq Çində satışa çıxarılıb. 12 GB + 256 GB əsas konfiqurasiyada olan “Redmi K80 Ultra”nın qiyməti 2599 yuan (360 dollar) təşkil edir. 16 + 1024 GB-ın üst versiyası 3799 yuana (520 dollar) başa gələcək. Cihaz Xiaomi 15T Pro adı ilə qlobal bazara çıxarılacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130

Oxşar yazılar