Dünya xəritəsində  YENİ OKEAN:   Yeri  qlobal qəyişikliklər   gözləyir
02 iyul 2025 16:33 (UTC +04:00)

Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir

Yeni araşdırma göstərir ki, Şərqi Afrika qitəsinin parçalanması an məsələsidir. Şərqi Afrikada yeni okeanın yaranmasına səbəb ola biləcək geoloji proseslər aşkar edilir. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Sauthempton Universitetinin alimləri müəyyən ediblər ki, tektonik plitələrin hərəkəti və mantiyanın yüksəlməsi artıq qitəni ikiyə bölən yeni okean hövzəsini əmələ gətirir.

Araşdırmaçılar üç tektonik plitənin kəsişdiyi yer olan Afar hövzəsindəki vulkanlardan 130-dan çox lava nümunəsini təhlil ediblər. Onlar müəyyən ediblər ki, regionda yer qabığı tədricən zəifləyir və isti mantiya materialının qalxması platformanın yarığını sürətləndirir.

Alimlər xəbərdarlıq edirlər ki, bu proseslər geridönməzdir və insanın nəzarətindən kənardır. Dəyişikliklər bu sürətlə davam edərsə, Şərqi Afrika nəhayət, gələcəkdə parçalana və onun yerində yeni okean yarana bilər.

Geofiziklər vurğulayırlar ki, mantiyanın yüksəlməsi planetin səthi ilə birbaşa əlaqəsi olan dərin tektonik proseslərin bir hissəsidir. Bu, yalnız bəşəriyyətin Yerin görünüşünü dəyişdirə biləcək çevrilmələrin şahidi olduğunu təsdiqləyir.

Xatırladaq ki, Sakit okeanın ortasında yerləşən ada ölkəsi Tuvalu dəniz səviyyəsinin qalxması səbəbindən yox olmaq təhlükəsi ilə üzləşib. İqlim dəyişikliyi nəticəsində dövlət yaxın onilliklərdə dünya xəritəsindən tamamilə yox ola bilər.

Tuvalu cəmi 26 kvadrat kilometr əraziyə malikdir və təxminən 10.000 nəfər əhalisi var. Arxipelaq doqquz mərcan adasından ibarətdir, onların əksəriyyəti atollardır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340

Oxşar yazılar