FİFA-dan Qvardiolaya ŞOK:  cəzalandırılmaq riski var
02 iyul 2025 14:49 (UTC +04:00)

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var

Futbol üzrə Klublararası Dünya Çempionatında 1/8 final mərhələsi başa çatıb. 

Lent.az xəbər verir ki, bu mərhələdə “Əl-Hilal” “Mançester Siti” ilə üz-üzə gəlib. Böyük həyəcanla keçən oyunda “Əl-Hilal” “Mançester Siti”ni şoka salıb. Qvardiola məğlubiyyət zamanı hakimə əsəbiləşməsi səbəbindən FİFA hərəkətə keçib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Mançester Siti” əlavə vaxtda “Əl-Hilala” 4-3 hesabı ilə uduzub, Pep Qvardiola 90 dəqiqəlik hissənin son saniyələrində hakimin mübahisəli qərarlarından birinə qəzəblənib.

Kayo Jeremi Dokunu yerə yıxdıqda, cərimə əvəzinə final fiti səslənib və bu, “şəhərlilər”in heyətində qəzəb doğurub.

İngiltərədən "Football Insider"in məlumatına görə, FİFA tədbir görülüb-görülməyəcəyinə qərar vermək üçün oyunun hakimindən hesabat gözləyəcək. İspaniyalı baş məşqçi cərimə və meydan kənarına çıxmamaq qadağası ilə üzləşə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar