Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu
13 iyul 2013 13:12 (UTC +04:00)

Gültəkin Hacıbəylinin əmlakına həbs qoyuldu

Nəsimi rayon məhkəməsi sabiq deputat Gültəkin Hacıbəylinin əımlakına həbs qoyması barədə qərar çıxarıb.

 

"Azadlıq" qəzetinin məlumatına görə, Hakim Səyyad Qafarinin sədrliyi ilə ilə keçirilən məhkəmə prosesində Gültəkin Hacıyevanın keçmiş qaynanası Məmmədova Nəhayət Vəli qızının şikayəti əsasında iddiaya baxılıb.

 

Keçmiş qaynanası Gültəkin Hacıbəylinin 2003-cü ildə ondan evini təmir etdirmək məqsədi ilə 50 min ABŞ dolları məbləğində borc aldığını və geri qaytarmadığını bildirib.

 

 

Buna görə də məhkəmə Gültəkin Hacıbəyliyə məxsus iki maşına və evə həbs qoyulması ilə bağlı qərar çıxarıb.

 

Qərardad artıq sabiq deputata təqdim edilib.

 

Gültəkin Hacıbəylinin vəkilləri Bəhruz Bayramov və Sahil Quliyev xəbəri təsdiqləyiblər.

 

Onlar bildiriblər ki, əslində məhkəmə bu il iyunun 28-də keçirilib və hakim Nəhayət Məmmədovanın iddiasını rədd edib. Vəkillər qərarla razılaşmadıqlarını da deyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3684
avatar

Oxşar yazılar