Ermənilərin döyüş meydanında qoyub qaçdıqları meyitlərin görüntüləri
04 aprel 2016 14:26 (UTC +04:00)

Ermənilərin döyüş meydanında qoyub qaçdıqları meyitlərin görüntüləri

Sosial şəbəkələrdə ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində qoyub qaçdıqları meyitlərin yeni foto və video görüntüləri yayılıb.

 

APA-nın xəbərinə görə, görüntülərdən belə məlum olur ki, son günlər cəbhədə baş verən döyüşlərdə ermənilər məhv edilmiş hərbi qulluqçuların meyitlərini və silah-sursatlarını qoyaraq qaçıblar.

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin son günlər cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatlar zamanı məhv edilən erməni hərbi qulluqçularının sayı günbəgün artır. Ermənistan siyasi və hərbi rəhbərliyinin itkilərin sayını təkidlə azaltmasına baxmayaraq, əldə olunan son dəqiq məlumatlara əsasən döyüş toqquşması zamanı Azərbaycan tərəfinin zərbələri nəticəsində 200-ə yaxın erməni hərbçi məhv edilib, 600-dək hərbi qulluqçu isə yaralanıb. Ölənlərin arasında general və polkovnik rütbəli hərbi qulluqçular da var.

 

Xatırladaq ki, ötən gün APA beynəlxalq mənbələrə istinadən Ermənistanın hərbi rəhbərliyinin cəbhə xəttindəki son insident zamanı məruz qaldıqları itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlaması barədə məlumat yayıb. İşğal altındakı Ağdərə rayonu və kəndlərində erməni hərbi qulluqçusu və polislərdən başqa, bütün mülki əhali yaşayış yerlərini tərk edib. Ermənistan hakimiyyəti isə əhalinin, əsasən də gənclərin yaşayış məntəqələrini tərk etmələrinin qarşısı almaq məqsədilə Əsgəran şəhərinin çıxışında post yaradıb. Rayonu tərk edən əhali həmin postda saxlanılaraq təmas xəttindəki mövqelərə göndərilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar

Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31
Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

21 iyun 2025 , 15:52