Ermənilərin Madagizdəki hərbi bazası dəqiq zərbələrlə dağıdılıb
05 aprel 2016 10:06 (UTC +04:00)

Ermənilərin Madagizdəki hərbi bazası dəqiq zərbələrlə dağıdılıb

 

Cəbhə xəttininXocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

 

APA-nın xəbərinə görə, bu barədəAzərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumatda qeyd olunub ki, bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

 

Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.

 

Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.

 

Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244

Oxşar yazılar

Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31
Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

21 iyun 2025 , 15:52