Xəzərdə batan iki nəfəri axtarışı aparılır. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olan xəbər əsasən, Bakı şəhəri, Xəzər rayonu, dənizin Mərdəkan qəsəbəsi ərazisində bir nəfər batıb.
Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
Xatırladaq ki, iyunun 9-da gündüz saatlarında Xəzər rayonu, dənizin Şüvəlan qəsəbəsi ərazisində bir nəfərin batması haqda mənbə xəbər yaymışdı.