Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 24-ü saat 08:30 radələrində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Taleh Nağıyev və Adil Abbasov qabaqcadan əlbir olaraq Moskva univermağına gəlib təsərrüfat şöbəsinin müdiri Yavər Ələkbərovu döyərək özləri ilə gətirdikləri elektroşokla işgəncə verib. Onun ağzını dəsmal və yapışqanlı lentlə bağlamaq istəyərkən Y.Ələkbərov qışqıraraq kömək istəyib. Bu zaman orada xidmət edən Nəsimi Rayon Mühafizə Polisinin əməkdaşları hadisə yerinə gələrək T.Nağıyevi və A.Abbasovu yaxalayıb. Onlar özləri ilə gətirdikləri içərisində elektroşok, ling, cib bıçağı, yapışqanlı lent, cib dəsmalı, 2 ədəd qara eynək və ayaqqabı qutusu olan idman çantası ilə birlikdə Nəsimi RPİ 19-cu PB-yə təhvil veriliblər. Polis Bölməsində onların üzərinə baxış keçirilərkən T.Nağıyevdən 19, A.Abbasovdan isə 14 qramdan artıq həşiş aşkar olunaraq götürülüb.

Oxşar yazılar

SSRİ bayrağı altında çıxış edən Saleh Səmədov Ağsaqqallar Şurasından çıxarıldı
13 may 2025 , 18:01
Bakıda evdən 56 yaşlı kişinin meyiti tapıldı
13 may 2025 , 17:31
Şərurlu İsfəndiyar məhkəmədə - FOTO -YENİLƏNİB
13 may 2025 , 16:55
Tərtərdə DƏHŞƏT: qayınata gəlinini öldürdü - YENİLƏNİB
13 may 2025 , 11:40
Oğuzda yük maşını motosikletlə toqquşdu: ölən var
13 may 2025 , 11:30
Bakıda 14 yaşlı yeniyetmə evdən çıxaraq QAYITMAYIB
13 may 2025 , 10:56
Bakıda DƏHŞƏTLİ QƏZA: 22 yaşlı oğlan öldü
13 may 2025 , 09:58