Bakıda polis axtarışda olanları yaxaladı
06 iyun 2014 10:57 (UTC +04:00)

Bakıda polis axtarışda olanları yaxaladı

0

Bakı şəhər sakini Orxan Məmmədovun cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis idarəsindən Lent.az-a verilən məlumata görə, telefonu oğurlayan şəxs Sumqayıt şəhər sakini Rasim Misirovdur. Onu Yasamal RPİ 27-ci PB-nin əməkdaşları həbs ediblər. 

 

 

Xətai RPİ Cinayət-Axtarış Şöbəsi və 34-cü PB-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə dələduzluq maddəsi ilə axtarışda Elşən Bayramov yaxalanıb.

 

Digər saxlanılan şəxs Nazim Bəkirovdur. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olub. N.Bəkirov Səbail RPİ 39-cu PB-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 688

Oxşar yazılar