Bakıda intihara cəhdin qarşısı alınıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadfən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:59-da başa çatıb.

Oxşar yazılar

Zaqatalada yolu keçən kişini maşın vurdu
24 may 2025 , 00:21
Arayik Harutyunyan işğal edilmiş ərazilərdə qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı
23 may 2025 , 19:37
Bakıda kişi yıxılıb öldü
23 may 2025 , 19:33
Məhkəmə hakimi piyadanı vurub öldürdü
23 may 2025 , 18:51
Şamil Basayevin dəstəsinin üzvü illər sonra TUTULDU
23 may 2025 , 17:33
Bakı polisi Əfqanıstan vətəndaşını axtarır
23 may 2025 , 16:38
Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi
23 may 2025 , 14:39