
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlandı
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 7-nə keçən gecə 2-ci Alatava yaşayış sahəsindəki digər bir evdən mobil telefon oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.
Oxşar yazılar

Ağcabədidə maye qazdoldurma məntəqəsi yandı, üç nəfər xəsarət aldı - VİDEO
21 avqust 2025 , 22:55
Astarada ağır qəza - 30 yaşlı motosiklet sürücüsü öldü
21 avqust 2025 , 21:57
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçdi - VİDEO
21 avqust 2025 , 21:21
Ermənistan ordusunun Xocalıya, Laçına, Kəlbəcərə, Qubadlıya hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
21 avqust 2025 , 20:40
Cəlilabadda 2 hektar yeri yandıran cəzalandırıldı
21 avqust 2025 , 19:46
Ağstafa sakini evində ölü tapıldı
21 avqust 2025 , 19:33
Bakıda ərəb turistlərdən daha bir QALMAQALLI VİDEO
21 avqust 2025 , 18:50