
Avtomobil oğruları yaxalandı
Ötən gün respublika ərazisində avtomobildən 4 oğurluq faktı qeydə alınıb. Şübhəlilər polis tərəfindən saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən baş verən oğurluq hadisələrinin təfərrüatlarını təqdim edir.
Gəncə şəhəri Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “VAZ-2107” markalı avtomobildən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini K.Allahverdiyev saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 7-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri C.Şirəliyev saxlanılıb, onunla birlikdə olan daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən su mühərriki və "Opel" markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əsədov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun V.Məmmədovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilmişdir.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 7-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 550 manat oğurlamaqda şübhəli bilinən rayon sakini R.Rəhimov saxlanılıb.
Oxşar yazılar

Qazaxda AĞIR QƏZA: 4 nəfər yaralandı
14 iyul 2025 , 08:16
“Taxta bazarı”nda YANĞIN - VİDEO
14 iyul 2025 , 05:24
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14