![[b]Narkotik həblər satan aptek ifşa olundu[/b]](https://lent.az/storage/news/2019/april/02/big/99be2a01b6ac6a3ef501cc28b0fff6c3.jpg)
[b]Narkotik həblər satan aptek ifşa olundu[/b]
Ağcabədi rayonunda fəaliyyət göstərən apteklərin birində külli miqdarda narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, Ağcabədi şəhər ərazisində yerləşən apteklərin birində qanunsuz olaraq narkotik tərkibli dərman preparatlarının satışı ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini Anar Fətullayev saxlanılıb. A.Fətullayevə məxsus aptekə baxış keçirilən zaman oradan 43 adda müxtəlif növ narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar
Şəkidə meşədə narkotik əkən şəxs saxlanıldı
22 avqust 2025 , 09:40Tovuzda maşın piyadanı vurub, öldürdü
22 avqust 2025 , 09:37
“Blok3” haqda istintaq başladıldı
22 avqust 2025 , 09:22
Tovuzda piyadanı avtomobil vurub öldürdü
21 avqust 2025 , 23:12
Ağcabədidə maye qazdoldurma məntəqəsi yandı, üç nəfər xəsarət aldı - VİDEO
21 avqust 2025 , 22:55
Astarada ağır qəza - 30 yaşlı motosiklet sürücüsü öldü
21 avqust 2025 , 21:57
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçdi - VİDEO
21 avqust 2025 , 21:21