<b>Bakıda 65 yaşlı kişininin evində meyiti tapıldı</b>
02 aprel 2019 11:21 (UTC +04:00)

Bakıda 65 yaşlı kişininin evində meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Rzayev Vaqif Fərman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar