Sirus Təbrizlinin həyat yoldaşı: “Oxuğu kitab sinəsinin üstündə keçinib”
07 sentyabr 2013 14:19 (UTC +04:00)

Sirus Təbrizlinin həyat yoldaşı: “Oxuğu kitab sinəsinin üstündə keçinib”

“Səhhətindən heç bir şikayəti yox idi, elə yuxuda keçinib. Hər gün dənizdə çimirdi , gəzirdi”.

 

Bunu bu gün vəfat etmiş Sirus Təbrizlinin həyat yoldaşı Rəfiqə Təbrizlinin Azadlıq Radiosuna deyib.

 

O bildirib ki, iyul ayından Nabranda istirahət ediblər: “Qonaqlarımız, uşaqlarımız gəlmişdilər, onlar getdilər biz ikimiz qaldıq. Qapını açdıq ki, uzanmış vəziyyətdədir. Eynəyi gözündə, oxuduğu kitab da düşüb sinəsinin üstündə... Sonuncu oxuduğu kitab Putin-lə bağlı idi – «Если бы я был русский царь…». Ölümü ilə də o, heç kimi incitmədi. Mayın 9-da 72 yaşı olacaqdı”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1825

Oxşar yazılar