“Real Madrid”ə biabırçı məğlubiyyətin günahkarları tapıldı
20 sentyabr 2013 12:35 (UTC +04:00)

“Real Madrid”ə biabırçı məğlubiyyətin günahkarları tapıldı

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsində İspaniya “Real Madrid”inə 1:6 hesablı məğlubiyyətin günahkarlarını cəzalandırıb. Lent.az-ın “Hurriyet”ə istinadən xəbərinə görə, 60 yaşlı mütəxəssis Emmanuel Ebue, Dani Nunkeu, Orelyen Şedju və Burak Yılmazı “Beşiktaş”la Türkiyə Superliqasının VI tur matçında oynatmayacaq.

 

F. Terimin fikrincə, bu futbolçular “kral klubu” ilə oyunda meydana nəzarəti tezliklə əldən veriblər. O, sağ cinahda ümidləri doğrultmayan Ebueni əksərən ehtiyatda qalan Sabri Sarıoğlu ilə əvəzləyəcək. Müdafiənin mərkəzindəki Dani – Şedju duetinin yerinə Semih Kaya – Gökhan Zan cütlüyü oynayacaq.

 

Baş məşqçinin “Real Madrid”lə qarşılaşmada bəyəndikləri də olub. Terim Albert Rieraya bu mövsüm ilk dəfə Superliqa matçında səlahiyyət verəcək. Riera sol cinahda çıxış edəcək. “Real Madrid”ə vurulan yeganə qolun müəllifi Umut Bulut isə “Beşiktaş”la matçda Didye Droqbanı əvəzləyəcək. Yeni transfer Bruma da ilk dəfə start heyətində yer alacaq.

 

Qeyd edək ki, sentyabrın 22-də İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək “Beşiktaş” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15