36 yaşlı kişi qətlə yetirildi
12 sentyabr 2013 12:41 (UTC +04:00)

36 yaşlı kişi qətlə yetirildi

Azərbaycanda qətl hadisəsi baş verib.


 

Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Hökməli qəsəbəsi Şors küçəsi 14 nömrəli evdə  qeydə alınıb.

 

Qəsəbə sakini 1977-ci il təvəllüdlü Ramil Əliqulu oğlu Quliyev yaşadığı evdə sentyabrın 10-da naməlum şəxs tərəfindən bıçaqlanıb. R. Quliyev xəsarətlə Biləcəri Dəmiryolu Xəstəxanasına yerləşdirilsə də, ötən gün saat 19.00 radələrində vəfat edib.

 

Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1951-ci il təvəllüdlü Gülağa Məmmədəli oğlu Əmiraslanov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar