Türkiyədə qayda pozan avtomobil KİMƏ MƏXSUSDUR?  - Lent.az araşdırdı
30 mart 2022 11:37 (UTC +04:00)

Türkiyədə qayda pozan avtomobil KİMƏ MƏXSUSDUR? - Lent.az araşdırdı

Türkiyədə qayda pozan Azərbaycana məxsus avtomobilin kimə aid olduğu məlum olub.  

Lent.az-ın əldə etdiyi xəbərə görə, qayda pozduğu iddia edilən Azərbaycana məxsus, 10 EE 111 dövlət nömrə nişanı BMW markalı avtomobilə aiddir və həmin avtomobil də Həsənov Eldəniz Samir oğlunun adınadır. 

Apardığımız araşdırma zamanı o da məlum olub ki, sözügedən avtomobil 3-4 adama etibarnamə ilə verilib.

Sonuncu etibarnamə isə Vüqar Hüseyn oğlu Yunusovun adına rəsmiləşdirilib. 

Qeyd edək ki, Azərbaycana məxsus internet resurslarında 10 EE 111 dövlət nömrə nişanı "Range Rover" markalı avtomobilin üzərində nümayiş etdirilir. 

***

saat 11:03

Türkiyənin İsparta şəhərinin Gökçehüyük kəndində yaşayan Əminə Tüzünə traktoru ilə İstanbulda keçən ilin oktyabr-noyabr aylarında 6 dəfə körpüdən, 3 dəfə magistral yoldan ödəniş etmədən keçdiyi üçün  göndərilən 477 lirə ( təxminən 55 manat ) cəriməsi ləğv edilib. 

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb cərimənin səhvən yazılması olub. 

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi 64 yaşlı Əminə Tüzünün şikayətindən sonra araşdırmalara başlayıb. Kamera görüntülərindən müəyyən edilib ki, həmin yoldan 10 EE 111 Azərbaycan dövlət nömrə nişanlı avtomobil istifadə edib. 

Nazirliyin açıqlamasında bildirilir ki, Azərbaycan və Türkiyə nömrəli nəqliyyat vasitələrinin eyni nömrə nişanından istifadə etməsi nəticəsində bu problem yaranıb. 

Məsələ nazirlik rəsmilərinə çatdırıldıqdan sonra araşdırmalara başlanılıb və səhv aradan qaldırılıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8529

Oxşar yazılar

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

13 aprel 2025 , 21:30
Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

13 aprel 2025 , 20:34
Ağdamda AĞIR QƏZA:  yaralılar var -FOTOLENT

Ağdamda AĞIR QƏZA: yaralılar var -FOTOLENT

13 aprel 2025 , 18:10
Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

13 aprel 2025 , 17:25
Ağdamda azyaşlını it dişlədi

Ağdamda azyaşlını it dişlədi

13 aprel 2025 , 15:33
Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

13 aprel 2025 , 15:00
Bakıda kafe yandı

Bakıda kafe yandı

13 aprel 2025 , 14:36
Ucarda zəncirvari qəza:  xəsarət alanlar var -FOTOLENT

Ucarda zəncirvari qəza: xəsarət alanlar var -FOTOLENT

13 aprel 2025 , 14:30