Türkiyə vətəndaşları Qarabağda qəzaya düşdü, yaralılar var
07 noyabr 2023 09:31 (UTC +04:00)

Türkiyə vətəndaşları Qarabağda qəzaya düşdü, yaralılar var

Türkiyə vətəndaşları Qarabağda qəzaya düşüblər.

Lent.az xəbər verir ki, hadisə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunda baş verib.

Türkiyə vətəndaşı Murad Kavaklı idarə etdiyi "Mitsubishi L 200" markalı pikap hərəkətdə olan zaman idarəetməni itirib yeni tikilən beton su kanalına aşıb. 

Nəticədə sürücü, sürücü və avtomobildə olan Türkiyə vətəndaşları -  1968-ci il təvəllüdlü Kamal Çelik, 1995-ci il təvəllüdlü Əmrə Bakıçı və Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Emin Məmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4159

Oxşar yazılar