Tanışı olan qadını soydu -  FOTO
01 iyul 2021 13:26 (UTC +04:00)

Tanışı olan qadını soydu - FOTO

Gəncədə qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, iyun ayının 26-da Gəncə şəhər sakini olan bir qadın, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında tanışının onun boğazındakı qızıl boyunbağını götürüb qaçdığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 48 yaşlı Rəşad Sadıqov olması müəyyən edilib. R. Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1422
avatar

Mehman Nəbiyev

Oxşar yazılar