Sumqayıtda 16 yaşlı yeniyetməni avtomobil vurub.
APA xəbər verir ki, hadisə S. Bədəlbəyli küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən 2009-cu il təvəllüdlü M. Fatiməni avtomobil vurub.
Piyada Sumqayıt şəhər uşaq xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.