5 ildə 23 Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarına qəbul olub
14 yanvar 2025 11:14 (UTC +04:00)

5 ildə 23 Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarına qəbul olub

2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 5 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib.

Lent.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluğda andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar