Afiyəddin Məmmədova hökm oxundu
14 yanvar 2025 12:31 (UTC +04:00)

Afiyəddin Məmmədova hökm oxundu

İctimai fəal Afiyəddin Məmmədova hökm oxunub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, Afiyəddin Məmmədov 8 il azadlıqdan məhrum edilib. 

Dövlət ittihamçısı Orxan Kəngərli təqsirləndirilən şəxsin 10 il  azadlıqdan mərhum edilməsini təklif edib.

Afiyəddin Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunub. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, kiməsə xəsarət yetirmədiyini deyib.

Afiəddin Məmmədov “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü olub. Hərəkat bir müddət əvvəl ləğv edildiyini elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2696

Oxşar yazılar

Şəkidə məhkum öldü

Şəkidə məhkum öldü

18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox  pul oğurlandı

Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı

18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

18 aprel 2025 , 09:37
DTX-nın saxladığı hakerin məhkəməsi  keçirildi

DTX-nın saxladığı hakerin məhkəməsi keçirildi

18 aprel 2025 , 09:10
Universitetdə ATIŞMA:  5 nəfər öldü-VİDEO

Universitetdə ATIŞMA: 5 nəfər öldü-VİDEO

17 aprel 2025 , 22:57
Astarada tanınmış bərbər  özünü asdı

Astarada tanınmış bərbər özünü asdı

17 aprel 2025 , 20:17
Kişi cinsi əlaqədən sonra  irada görə qadını   öldürdü

Kişi cinsi əlaqədən sonra irada görə qadını öldürdü

17 aprel 2025 , 19:59
Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı  və...

Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı və...

17 aprel 2025 , 19:52