Sumqayıtda avtomobil piyadanı vurub öldürdü
07 avqust 2022 00:54 (UTC +04:00)

 Sumqayıtda avtomobil piyadanı vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. 

Yolu keçmək istəyən 1970-cı il təvəllüdlü Rövşən Allahverdiyevi "Mercedes" markalı avtomobil vurub. 52 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2425

Oxşar yazılar