Şəkidə FACİƏ:  küçədə başına şüşə düşən kişi öldü
26 iyun 2024 10:56 (UTC +04:00)

Şəkidə FACİƏ: küçədə başına şüşə düşən kişi öldü

Şəkidə 38 yaşlı kişi faciəli şəkildə ölüb.

Lent.az xəbər verir ki, bu gün səhər saatlarında Şəki şəhəri Sabit Rəhman küçəsində kişi meyti tapılıb.

Araşdırma zamanı meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Aqil Şamil oğlu İsmayılov olması müəyyən edilib.

İlkin ehtimala görə, A. İsmayılovun küçə ilə gedərkən üzərinə şüşə düşüb.  

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2415
avatar

Oxşar yazılar