Şəhidin əmisini qətlə yetirənə HÖKM OXUNDU
31 iyul 2024 17:28 (UTC +04:00)

Şəhidin əmisini qətlə yetirənə HÖKM OXUNDU

Sumqayıtda vəzifəli şəxsi qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Murad Kazımov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Samir Məmmədov təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü M.Kazımov 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməkdə əsaslı şübhələr müəyyən edilib. M.Kazımov saxlanılaraq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Xatırladaq ki, qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırb. O, şəhid Vüsal Allahverdiyevin əmisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Oxşar yazılar