Şəhid Xudayar Yusifzadə
29 aprel 2021 10:31 (UTC +04:00)

Şəhid Xudayar Yusifzadə

Şəhid Xudayarı ələ salan gənci döyənlər AXTARIŞDA - FOTO

Daxili İşlər Nazirliyi şəhid Xudayar Yusifzadə barəsində istehza ilə paylaşım edən sosial şəbəkə istifadəçisinin döyülməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, dünən axşam saatlarında Bakı şəhərində  Fuad Rəsulzadənin döyülməsini əks etdirən videogörüntülərdən xəbərdardırlar: 

“Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, F.Rəsulzadə "Tvitter"də “Əhməd” adlı hesabla “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə istehza dolu paylaşım edib. Daha sonra o, həmin sözləri özünün dediyini etiraf edib. 

Xatırladaq ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin oxuduğu “Vətən yaxşıdır” mahnısı geniş paylaşılaraq, hər kəsin rəğbətini qazanmışdı.

Fua Rəsulzadənin döyülmə fotosu

Döyülən Fuad Rəsulzadə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123
avatar

Mehman Nəbiyev

Oxşar yazılar