Şagird çəkiclə  müəllimin başına vurdu
18 aprel 2025 11:52 (UTC +04:00)

Şagird çəkiclə müəllimin başına vurdu

Rusiyanın paytaxtı Moskvada şagird müəllimin başına çəkiclə zərbə vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin Lyubertsı rayonunun Mirnı kəndi, Akademik Severin küçəsində yerləşən təhsil müəssisəsində baş verib. 13 yaşlı şagird müəllimə hücum edib.

Dərs zamanı 69 yaşlı qadın müəllim lövhədə tapşırıq yazarkən 5-ci sinif şagirdi çəkiclə onun başına vurub. Bundan sonra yeniyetmə sinifdən qaçaraq gözdən itib. 

Müəllim bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb. Əməliyyatçılar uşağın harada olduğunu tez bir zamanda müəyyənləşdirib və əlavə araşdırma üçün məktəbə aparıblar. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356

Oxşar yazılar