Rayon sakinləri narkotiklə tutuldular -  VİDEO
23 yanvar 2023 12:16 (UTC +04:00)

Rayon sakinləri narkotiklə tutuldular - VİDEO

Qusar rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Elxan Şixzadayev və Elşad Camalov saxlanılıblar. 

Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1754

Oxşar yazılar