Qubada dəhşətli qəza
25 avqust 2021 11:08 (UTC +04:00)

Qubada dəhşətli qəza

Qubada DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü - YENİLƏNİB-FOTO

Xəbərə fotolar əlavə olunub.

***

Saat: 10:11

Quba rayonunun Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Lent.az APA-ya istinadən bildirir ki, qəzada ölən şəxslərin meyiti morqa aparılıb.

Onların kimliyi dəqiqləşdirilir.

***

Saat: 09:26

Quba avtomobil ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə şəxsiyyəti naməluma olan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10803
avatar

Mehman Nəbiyev

Oxşar yazılar