Qonşu qonşunu kürəyindən bıçaqladı
12 avqust 2022 00:02 (UTC +04:00)

Qonşu qonşunu kürəyindən bıçaqladı

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Kənd sakini, Qasımov Cavid kürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.

Məlumata görə C.Qasımov qonuşu ilə dava edəndən sonra bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
 

# 1674
avatar

Oxşar yazılar