Qəbələdə sürücü qadını öldürüb...
28 oktyabr 2021 12:12 (UTC +04:00)

Qəbələdə sürücü qadını öldürüb...

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə oktyabrın 27-si saat 15 radələrində Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində baş verib.

Rayon sakini Valeh Cənnətov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən piyada Narıngül Səbzəliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində isə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5802
avatar

Mehman Nəbiyev

Oxşar yazılar